“Trabzonspor” yenə baş məşqçisiz qaldı
05.04.2023 - 10:13
“Trabzonspor” yenə baş məşqçisiz qaldı

“Trabzonspor” yenidən baş məşqçisiz qalıb.

Apasport.az saytı xəbər verir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı Orhan Ak istefa verib.

Türkiyə kubokunun 1/4 final mərhələsinin “Ankaragücü” (3:1) ilə matçından sonra mətbuat konfransında iştirak edən 43 yaşlı mütəxəssis klub prezidenti ilə hələlik əlaqə qura bilməsə də, futbolçularla artıq vidalaşdığını deyərək, komandadan gedəcəyini açıqlayıb.

Qeyd edək ki, Abdullah Avcının gedişindən sonra martın 8-də bu posta təyin olunan Akın rəhbərliyi altında “Trabzonspor” 3 oyun keçirib. Komanda bu matçların ikisində məğlub olaraq yalnız bir görüşdə meydandan qalib ayrılıb.

writer photo
Əlirza Əlirzalı
0