İngiltərədə “Mançester Yunayted” klubunun satışı ilə bağlı həyata keçirilən görüşmələr yekunlaşmaq üzrədir.
Apasport.az saytı xəbər verir ki, Qleyzerlər ailəsinə məxsus olan komanda yaxın günlərdə Qətər şeyxi Cassim Bin Hamad Əl-Taninin himayəsinə keçəcək.
Klubdan bildirilib ki, təxminən bir ildir davam edən danışıqların müsbət yekunlaşıb.
Ərəb milyarder “qırmızı şeytanlar”ın səhmlərinin 100 faizinə sahib olmaq üçün qarşı tərəfə 5 milyard funt sterlinq ödəyəcək. Razılaşmaya əsasən, daha 1 milyard funt sterlinq isə klubun maddi-texniki bazasının gücləndirilməsinə ayrılacaq.
Qeyd edək ki, Mançester təmsilçisi son mövsümdə Premyer Liqanı 3-cü pillədə tamamlayıb.