Transfer qiyməti müəyyənləşdirildi
02.07.2022 - 00:44
Transfer qiyməti müəyyənləşdirildi

PSJ mərkəz müdafiəçisi Presnel Kimpembeni satmaqda qərarlıdır.

Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin yeni idman direktoru Luis Kampos Fransa millisinin üzvünün yola salınması barədə qərar verib.

Parislilər 26 yaşlı oyunçunun transfer qiymətini də müəyyənləşdiriblər. “Çelsi” və “Yuventus”un maraq dairəsində olan müdafiəçinin qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, Presnel Kimpembenin PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0