Futbolda uğur güclü futbolçuların bir araya gəlməsi ilə əldə edilir.
Apasport.az saytının məlumatına görə, yaxşı transferlər üçün də böyük büdcəyə malik olmaq şərtdir.
Həmçinin onlardan maksimum faydalana biləcək baş məşqçi də mütləqdir. Futbol tarixi boyu çalışdırdığı klublara transferlər üçün ən çox pul xərclədən mütəxəssis Pep Qvardioladır. Hazırda “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı mütəxəssisin dövründə komandalarının oyunçu alışına xərclədiyi ümumi məbləğ 1 milyard avronu keçib.
Onu “Roma”nın sükanı arxasında olan Joze Mourinyo izləyir. İlk “üçlüy”ü isə uzun illərdir “Atletiko”nu çalışdıran Dieqo Simeone qapayır.
1. Pep Qvardiola - 1 milyard 260 milyon avro
2. Joze Mourinyo - 1 milyard
3. Dieqo Simeone - 942 milyon
4. Massimiliano Alleqri - 930 milyon
5. Karlo Ançelotti - 910 milyon
6. Antonio Konte - 855 milyon
7. Ernesto Valverde - 833 milyon