Tuçelin ingiltərə xəyalları
30.01.2024 - 09:12
Tuçelin ingiltərə xəyalları

Tomas Tuçel “Bavariya” ilə yeni müqavilə imzalamağı düşünmür.

Apasport.az xəbər verir ki, 50 yaşlı mütəxəssis 2025-ci ilin yayında komandanı tərk edəcək.

Alman məşqçi yenidən İngiltərəyə qayıtmaq arzusundadır. O, 2021-ci ilin yanvarından 2022-ci ilin sentyabrına kimi “Çelsi”yə rəhbərlik edib.

Qeyd edək ki, ötən ilin martından Münhen klubunun sükanı arxasında olan Tuçel artıq bir dəfə komandaya Bundesliqa çempionluğunu qazandıra bilib. Hazırda Çempionlar Liqasında yoluna davam edən “Bavariya” ölkə çempionatında bu mövsüm 19 matçda iştirak edərək 47 xal toplayıb. Komanda “Bayer”in ardınca turnir cədvəlinin ikinci pilləsində yer alır.

writer photo
Əlirza Əlirzalı
0