Türk futbolçu “Napoli”yə doğru
12.01.2023 - 18:18
Türk futbolçu “Napoli”yə doğru

İtaliyanın “Napoli” klubu gənc türk futbolçuya elçi düşüb.

Apasport.az saytı xəbər verir ki, Neapol klubu “Fənərbaxça”nın 17 yaşlı oyunçusu Arda Güləri heyətə qatmaq istəyir.

İstanbul təmsilçisindəki uğurlu oyunu ilə milli komandaya da dəvət alan Arda bu mövsüm baş məşqçi Jorji Jesuşun etimadını qazana bilmir. Futbolçu cəmi 305 dəqiqə meydanda ola bilib. 

Qeyd edək ki, İtaliya ilə yanaşı İngiltərə və Almaniya klubları da Gülərin transferi üçün çalışmalarını davam etdirirlər.
 

writer photo
Əlirza Əlirzalı
0