Türkiyə klubu çempionatdan çəkilmə qərarı verdi
07.01.2025 - 00:10
Türkiyə klubu çempionatdan çəkilmə qərarı verdi

"Yeni Malatyaspor" I Liqadan çəkilmə qərarı verib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qaralar" hüquqlarının qorunması şərti ilə çempionatdan çıxma tələblərini Türkiyə Futbol Federasiyasına göndəriblər.

Qeyd edək ki, bir müddət əvvəl FIFA İntizam Komitəsi "Yeni Malatyaspor"un 18 xalını silmişdi.

writer photo
Əlirza Əlirzalı
0