“Əlbəttə ki, Juninyo “Qarabağ”ın aparıcı futbolçularından biri idi. Onun gedişi itki sayılmalıdır".
Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, Azərbaycan milli komandasının veteran futbolçusu Emin İmaməliyev deyib.
O, Ağdam klubunun hücumçusu Juninyo Olavionun “Sevilya”ya mümkün keçidini şərh edib: "Buna baxmayaraq, “Qarabağ”dakı digər hücumçuları heç də zəif bilmirəm. Məncə, onlar üçün də şans yaranır ki, əsas heyətdə özlərini göstərsinlər və komandaya dəstək olsunlar. Belə olacağına da inanıram. Musa Qurbanlı və Nəriman Axundzadəyə də güvənirəm, böyük potensialları var. “Qarabağ” hücum zonasında sıxıntı çəkməyəcək".
İmaməliyev yeni sezondan Premyer Liqada tətbiq olunacağı gözlənilən legioner limiti ilə bağlı da danışıb: “Legioner limitinə gəldikdə, bu baş verərsə, yerli futbolçulara bir az çətinlik yaranacaq. Milli komandalarımıza da çətin olacaq. Çünki yerli futbolçular Premyer Liqada oynamasa, heyətlə bağlı sıxıntılar baş verəcək”.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB