Türkiyə kubokunun püşkü atıldı
23.12.2022 - 13:22
Türkiyə kubokunun püşkü atıldı

Türkiyə kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Apasport.az xəbər verir ki, püşkün nəticəsinə əsasən cütlüklər müəyyənləşib.  

1/8 finalda Türkiyə nəhənglərindən “Qalatasaray” “Alanyaspor”a, “Fənərbaxça” “Rizəspor”a, “Beşiktaş” “Ankaragücü”nə rəqib olub. 

Bu mərhələnin oyunları gələn il yanvarın 17-19-da olacaq. Tək matçla qalibin bəlli olacağı görüşlərdə VAR sistemindən istifadə ediləcək.

Türkiyə kuboku 
1/8 final

“Alanyaspor” – “Qalatasaray” 
“Qaziantep” –  “Konyaspor”
“Sivasspor” -  “Karacabey Bələdiyyəspor”
“Ümraniyespor” – “Trabzonspor”
“Karagümrük” – “Başakşehir”
“Antalyaspor” –  “Kayserispor”
“Fənərbaxça” – “Rizespor”
“Ankaragücü” – “Beşiktaş”
 

writer photo
Əlirza Əlirzalı
0