Türkiyə kubokunun püşkü atıldı
24.01.2023 - 16:01
Türkiyə kubokunun püşkü atıldı

Türkiyə kubokunda 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb. 

Apasport.az saytı xəbər verir ki, yarımfinala gedən yolda cütlüklər bəlli olub. 

Püşk "Fənərbaxça"nı "Kayserispor"a, "Qalatasaray"ı isə  "Başakşehr"ə rəqib edib.

1/4 final matçları fevralın 28-dən martın 2-dək keçiriləcək. Yarımfinalın ilk oyunları isə aprelin 4-6-da, cavab görüşləri ayın 25-27-də olacaq. 

Qeyd edək ki, Türkiyə kubokunda ev-səfər oyunu yarımfinallardan başlayır. 

Türkiyə Kuboku
1/4 final mərhələsi

1. "Fənərbaxça" - "Kayserispor"
2. “Sivasspor” – “Qaziantep”
3. “Ankaragücü” – “Trabzonspor”
4. “Qalatasaray” – “Başakşehir”

Yarımfinal
2-ci cütün qalibi – 1-ci cütün qalibi
4-cü cütün qalibi – 3-cü cütün qalibi

writer photo
Əlirza Əlirzalı
0