Türkiyə yığması Millətlər Liqasında mübarizəyə başlayır
06.09.2024 - 09:37
Türkiyə yığması Millətlər Liqasında mübarizəyə başlayır

Bu gün UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçiriləcək.

Apasport.az xəbər verir ki, ikinci oyun günündə A, B və C Liqalarının oyunları baş tutacaq.

A Liqasında Fransa İtaliya, Belçika isə İsraillə üz-üzə gələcək. B Liqasında yer alan Türkiyə yığmasının ilk sınağı Uelsə qarşı olacaq.

UEFA Millətlər Liqası
I tur

6 sentyabr

B Liqası
III qrup

18:00 Qazaxıstan – Norveç
22:45 Sloveniya – Avstriya

IV qrup

22:45 Uels – Türkiyə
22:45 İslandiya – Monteneqro

C Liqası
II qrup

20:00 Litva – Kipr
22:45 Kosovo – Rumıniya

A Liqası
II qrup

22:45 Fransa – İtaliya
22:45 Belçika – İsrail

writer photo
Əlirza Əlirzalı
0