Türkiyə yığması Vincenzo Montella ilə müqavilə imzaladı
21.09.2023 - 21:12
Türkiyə yığması Vincenzo Montella ilə müqavilə imzaladı

Türkiyə yığmasının yeni baş məşqçisinin adına aydınlıq  gəlib.

Apasport.az-ın məlumatına görə, komandaya Vincenzo Montella rəhbərlik edəcək.

İtaliyalı mütəxəssis dünən istefaya göndərilən Ştefan Kuntzu əvəzləyib. Onunla üç illik müqavilə imzalanıb. Montella artıq Trkiyədə fəaliyyət göstərib. O, ötün mövsüm “Adana Dəmirspor”a başçılıq edib.

Qeyd edək ki, Türkiyə yığması AVRO-2024-ün seçmə mərhələsində 5 oyundan sona 10 xal toplayaraq, ikinci pillədə qərarlaşıb.
 

writer photo
Əlirza Əlirzalı
0