Türkiyədə növbəti mövsümün püşkü atılıb
11.07.2024 - 15:55
Türkiyə Superliqasının növbəti mövsüm üçün püşkü atılıb.
Apasport.az xəbər verir ki, gələn sezon Superliqadan 19 komanda mübarizə aparacaq.
Çempionatın 67-ci mövsümü 9 avqustda başlayıb, 1 iyunda başa çatacaq.
İlk dövrədə “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”arasındakı matçlar 5, 6, 10, 11, 15 və 16-cı turlarda baş tutacaq.
Qeyd edək ki, 19 komandalı Superliqanın ilk həftəsini buraxan komanda “Kayserispor” olacaq.
0
0