Türkiyəli müdafiəçi Fransa yolunda
24.08.2024 - 11:26
"Fənərbaxça"nın formasını geyinən Türkiyə milli komandasının üzvü Samet Akaydın klubun sıralarını tərk edə bilər.
Apasport.az xəbər verir ki, Fransanın "Nitsa" klubu müdafiəçinin xidmətində maraqlıdır.
Son Avropa Çempionatında uğurla çıxış etməsinə baxmayaraq, Samet İstanbul nəhənginin heyətində kifayət qədər şans əldə edə bilmir.
Qeyd edək ki, transfer dəyəri 2.5 milyon avro olaraq qiymətləndirilən 30 yaşlı futbolçunun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ilə qədər keçərlidir.
0
0