“Qalatasaray”ın futbolçusu Premyer Liqa yolunda
09.11.2024 - 17:59
“Qalatasaray”ın futbolçusu Yunus Akgün karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
“Mançester Yunayted” türkiyəli cinah oyunçusunun xidmətində maraqlıdır.
“Qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorimin Yunusun transferində maraqlı olduğu qeyd edilib.
Yunus bu mövsüm 15 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib.
0
0