Türkiyəli ulduza La Liqadan təklif var
06.06.2024 - 11:22
Türkiyəli ulduza La Liqadan təklif var

“Xetafe” “Real”ın futbolçusu Arda Gülerlə maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. La Liqa təmsilçisi türkiyəli yarımmüdafiəçini icarəyə götürmək istəyir. 

“Xetafe”nin prezidenti Anxel Torres Ardanın komandaya cəlb edilməsini istəyir. Funksioner yaxın zamanda oyunçu ilə danışıqların başlanması üçün tapşırıq verib.

Arda 2023/24 mövsümündə “Real”la 12 oyunda 6 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0