Jiru “Napoli” ilə oyunu buraxa bilər
17.04.2023 - 17:12
"Milan"ın hücumçusu Olivye Jiru zədələnib.
Apasport.az saytı xəbər verir ki, 36 yaşlı fransalının vətərində problem yaranıb.
Bu səbəbdən də mərkəz hücumçusu Çempionlar Liqasının 1/4 finalında "Napoli" ilə cavab matçını buraxa bilər.
Qeyd edək ki, ilk oyununda rəqibini 1:0 hesabı ilə məğlub edən "Milan" cavab görüşünə aprelin 18-də çıxacaq.
0
0