Tuxel mövsümün sonunda "Bavariya"nı tərk edəcək
21.02.2024 - 14:21
Tuxel mövsümün sonunda "Bavariya"nı tərk edəcək

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel mövsümün sonunda postunu tərk edəcək.

Apasport.az xəbər verir ki, bu barədə Münhen klubu öz saytında rəsmi məlumat yayıb.

Tuxel 2023-cü ilin mart ayının sonunda baş məşqçi postuna gəlmişdi. 

Bundesliqada Münhen komandası lider "Bayer"dən 8 xal geri qalır və Çempionlar Liqasında Tuxelin komandası ⅛ finalın ilk oyununda "Latsio"ya məğlub oldu.

writer photo
Əlirza Əlirzalı
0