“Yuventus” Bremerə 50-55 milyon avro qiymət qoyub
25.06.2023 - 20:47
“Yuventus” Bremerə 50-55 milyon avro qiymət qoyub

“Yuventus” braziliyalı müdafiəçi Bremeri satmağa hazırdır.

Apasport.az saytı xəbər verir ki, Turin klubu futbolçu üçün 50-55 milyon avro tələb edir.

26 yaşlı futbolçu ilə İngiltərə klubları maraqlanır. “Tottenhem” və “Aston Villa” Bremeri heyətində görmək istəyir. Əgər danışıqlar baş tutarsa, “Yuventus” müdafiəçinin keçidinə şərait yaradacaq.

Qeyd edək ki, “Yuventus” Bremeri satacağı təqdirdə, “Atletiko”dan Mario Ermoso və “Vilyarreal”dan Pau Torres transfer etməyi planlaşdırır.
 

writer photo
Əlirza Əlirzalı
0