Burak Yılmaz millidə
14.11.2023 - 17:38
Burak Yılmaz millidə

“Beşiktaş”dan ayrılan Burak Yılmazın yeni iş yeri bəlli olub.

Apasport.az xəbər verir ki, o, Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montellanın köməkçisi kimi fəaliyyət göstərəcək.

Yılmaz Şenöl Günəşin istefasından sonra “qara qartallar”da baş məşqçi postunu tutub. Gənc mütəxəssis göstərdiyi uğursuz nəticələrdən sonra klubdan ayrılıb.

Qeyd edək ki, “Beşiktaş” Burak Yılmazın rəhbərliyi altında çıxdığı 6 matçda 2 qələbə və 4 məğlubiyyətlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0