Tuxeli Alonso əvəzləyə bilər
15.09.2023 - 17:54
Tuxeli Alonso əvəzləyə bilər

“Bavariya” növbəti baş məşqçisinin kim olacağını müəyyənləşdirib.

Apasport.az saytı xəbər verir ki, Münhen klubunun rəhbərliyi bu posta ən ideal namizəd kimi Xabi Alonso görürlər.

41 yaşlı ispaniyalının Bundesliqada “Bayer”i ilə göstərdiyi oyun “Bavariya”nı bu addımı atmağa sövq edib. Alonsoya gələcəkdə bu postda Tomas Tuxelin əvəzləyicisi kimi baxılır. 

2022-ci ildən Leverkuzen təmsilçisinin “sükanı arxası”na keçən Alonsonun rəhbərli altında komanda yüksəliş dövrünü yaşayır. Ötən mövsümü topladığı 50 xalla 6-cı sırada tamamlayan klub yeni mövsümdə Bundesliqada keçirdiyi üç qarşılaşmadan da qalib ayrılıb.

Qeyd edək ki, bu gün çempionatın IV turu çərçivəsində “Bavariya” – “Bayer” matçı keçiriləcək. Turnir cədvəlinin ilk iki pilləsində yer alan komandaların oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0