Uğursuzluq ona bağışlanılmadı
20.07.2023 - 01:18
Uğursuzluq ona bağışlanılmadı

Stanislas Çerçesov “Ferentsvaroş”un baş məşqçisi vəzifəsini tərk edib.

Apasport.az saytı xəbər verir ki, Macarıstan çempionu bu barədə rəsmi məlumat yayıb.

Çempionlar Liqasının I təsnifat mərhələsindəki uğursuzluq rusiyalı baş məşqçiyə bağışlanılmayıb. “Ferentsvaroş” Farer adaları çempionu ilə oyunlarda gözləniləmədən mübarizəni dayandırıb. Komanda öz meydanında “Klaksvik”ə 0:3 hesabı ilə uduzub. Çerçesov oyundan dərhal sonra istefa verib.

Qeyd edək ki, 2021-ci ildən “Ferentsvaroş”a rəhbərlik edən Çerçesov komandanı iki dəfə Macarıstan çempionu edib.
 

writer photo
Əlirza Əlirzalı
0