Umtitinin keçidi alınmır
09.07.2022 - 22:57
Umtitinin keçidi alınmır

“Renn” Samuel Umtiti üçün “Barselona” ilə danışıqları dayandırmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, buna səbəb Fransa millisinin üzvünün maaşıdır.

Fransızlar müdafiəçini birillik icarəyə götürmək istəsə də, onun bütün maaşını ödəmək iqtidarında deyil. Bu səbəbdən “Renn” müdafiə xəttini “Benfika”lı Morato ilə gücləndirməyi düşünür. “Barselona” isə 28 yaşlı Umtitini satmaqda qərarlıdır.

Qeyd edək ki, Samuel Umtiti ötən mövsüm cəmi 1 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0