Uruqvay millisinin hücumçusu Premyer Liqa yolunda
02.11.2022 - 00:01
“Orlando Siti”nin yarımmüdafiəçisi Fakundo Torres Avropaya köçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, Uruqvay millisinin üzvü İngiltərə Premyer Liqasından təklif alıb.
22 yaşlı hücumçu “Arsenal”ın maraq dairəsindədir. “Topçular” qış fasiləsində ön xətti gənc forvardla gücləndirmək niyyətindədir. London təmsilçisi bu keçid müqabilində ABŞ təmsilçisinə 7 milyon avro ödəməyi düşünür.
Qeyd edək ki, Fakundo Torres “Orlando Siti”yə bu ilin əvvəlində “Penyarol”dan keçib. Onun klula müqavilə müddəti 2025-ci ilin dekabrına qədərdir.
0
0