"Valensiya"nın futbolçusunda neyromotor pozğunluq
28.09.2023 - 10:31
"Valensiya"nın futbolçusunda neyromotor pozğunluq

"Valensiya"nın futbolçusu Xesus Vaskesin xəstəliyinin səbəbi bəlli olub.

Apasport.az saytı xəbər verir ki, 20 yaşlı müdafiəçiyə neyromotor pozğunluq diaqnozu qoyulub.

Bir neçə həftə əvvəl ispan oyunçunun səhhətində problem yaranıb. Vaskesin müalicəyə başlayacağı, həmçinin reabilitasiya keçəcəyi qeyd edilir.

Qeyd edək ki, 2022-ci ilin yayından “Valensiya”da çıxış edən Vaskes bu mövsüm 2 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0