Van der Sardan yeni müqavilə
10.09.2022 - 00:33
Van der Sardan yeni müqavilə

Niderland millisinin sabiq qapıçısı Edvin van der Sar “Ayaks”dakı fəaliyyətini davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, Amsterdam klubunun baş direktoru vəzifəsində qalacaq.

O, Erediviziya təmsilçisi ilə yeni müqavilə imzalayıb. Van der Sar 2025-ci ilədək bu postu tutacaq.

Qeyd edək ki, yayda vaxtilə şərəfini qoruduğu “Mançester Yunayted”də eyni vəzifəni tutmaq variantı yaranan futbol veteranı “Ayaks”da qalmağa üstünlük verib.
 

writer photo
Əlirza Əlirzalı
0