Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
A Seriyasının lideri “İnter” İspaniyada “Atletiko”nun qonağı olub. İlk oyunda 1:0 qələbə qazan İtaliya təmsilçisi cavab oyununa üstünlüklə çıxsa da, minimal hesabla məğlub olub və matç əlavə vaxta gedib. Penaltilər seriyasında daha dəqiq oynayan madridlilər adlarını 1/4 finala yazdırıblar.
Digər qarşılaşmada “Borussiya” Dortmundda PSV-ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ümumi hesabda rəqibini 3:1 məğlub edən Dortmund təmsilçisi qitənin ən güclü 8 komandası arasına girib.
Çempionlar Liqası
1/8 final mərhələsi
00:00. "Borussiya Dortmund" - PSV 2:0
Qollar: Sanço, 3, Roys, 90+5
00:00. "Atletiko Madrid" - "İnter" 2:1 (penaltilər seriyası: 3:2)
Qollar: Dimarko, 33, Qrizmann, 35, Depay, 87