Millimizin oyunlarına hakim təyinatları açıqlanıb ​
07.03.2024 - 18:39
Millimizin oyunlarına hakim təyinatları açıqlanıb ​

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda keçirəcəyi oyunlara hakim təyinatları açıqlanıb.

Apasport.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, yığmamız ilk oyununu martın 14-də Bolqarıstana qarşı keçirəcək.

14 mart

Bolqarıstan – Azərbaycan
Hakimlər
: Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Nargis Maqau (Qazaxıstan).
Dördüncü hakim: Tatyana Sorokopudova (Bolqarıstan).

17 mart
Sloveniya – Azərbaycan
Hakimlər:
 Steysi Pirson (İngiltərə), Anastasiya Voloşçuk (İngiltərə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).

20 mart

Azərbaycan – Moldova
Hakimlər:
 Laura Maurisio (İsveçrə), Cenni Okle (İsveçrə), Liliya Dumbalakova (Bolqarıstan).
Dördüncü hakim: Lyubima Banova (Bolqarıstan).

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunun oyunları Bolqarıstanda təşkil olunacaq. Azərbaycan millisi ilk 2 görüşünü Sliven, son matçını isə Stara Zaqora şəhərində keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0