"Bavariya" Musiala ilə bağlı qərar verib
08.03.2024 - 16:54
"Bavariya" Musiala ilə bağlı qərar verib

"Bavariya" yarımmüdafiəçisi Camal Musialanı uzun müddət heyətində saxlamaq niyyətindədir.

Apasport.az xəbər verir ki, müqaviləni yeniləmək istəməyən və İngiltərəyə keçməyə meyilli olan 21 yaşlı futbolçunun mümkün gedişi ilə bağlı mətbuatda şayiələr getdikcə artır.

"Bavariya" isə Musiala ilə mümkün qədər tez yeni uzunmüddətli müqavilə bağlamağa ümid edir.

Almaniyalının "Bavariya" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0