La Liqanın rekordu təkrarlandı
04.09.2022 - 00:32
La Liqanın IV turunun “Real” – “Betis” oyunu (2:1) Xoakin Sançesin mövsümdə ilk dəfə meydana çıxması ilə əlamətdar olub.
Apasprot.az saytının məlumatına görə, bununla da 41 yaşlı veteran 20-ci mövsümdə şans qazanıb.
Xoakin La Liqa tarixinin rekordunu təkrarlayıb. Mikel Soler də 20 fərqli mövsümdə iştirak edib. Bir sıra klubların formasını geyinən Soler 1983-2003-cü illərdə oynayıb.
Qeyd edək ki, Xoakin bu yay müqaviləsini mövsümün sonunadək uzadıb.
0
0