Verneri qaytarır
30.07.2022 - 18:03
Verneri qaytarır

Almaniya millisinin futbolçusu Timo Verner karyerasını vətənində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, hücumçu “Leypsiq”ə qayıtmağa yaxındır.

Bundesliqa klubu sabiq forvardını geri qaytarmaq niyyətindədir. Leypsiq təmsilçisi “Çelsi”də çıxış edən Timonu icarəyə götürməyi planlaşdırır. Oyunçunu özü də bunun əleyhinə deyil.

Qeyd edək ki, Verner 2020-ci ilin yayında London klubuna keçib. O, ötən mövsümün 21 matçında 4 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0