Veynalduma Türkiyə və Səudiyyə Ərəbistanından təklif
24.08.2023 - 14:47
Veynalduma Türkiyə və Səudiyyə Ərəbistanından təklif

Jorjinyo Veynaldum PSJ-dən ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, niderlandlı yarımmüdafiəçi bir neçə klubdan təklif alıb.

32 yaşlı futbolçunun xidmətində Türkiyə və Səudiyyə Ərəbistanı təmsilçiləri maraqlıdır. Bu klubların adları açıqlanmır. Veynaldum gələcək karyerası ilə bağlı seçim etməyib.

Qeyd edək ki, Veynaldum ötən mövsümün 23 matçında 2 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0