Vilya klub sahibi oldu
25.03.2023 - 17:27
Vilya klub sahibi oldu

İspaniya milisinin sabiq futbolçusu David Vilya klub sahibi olub.

Apasport.az saytının məlumatına görə, futbol veteranı 2017-ci ildə dağılan “Benidorm”u bərpa etməyə qərar verib.

O, şəriki Viktor Onyate ilə birlikdə klubu nəzarətə götürüb. Hazırda həvəskar komanda vəziyyətinə düşən “Benidorm”un yenidən peşəkar səviyyəyə qaldırılması nəzərdə tutulub.

Qeyd edək ki, turist şəhəri olan Benidormu təmsil edən komandanın 9 min tamaşaçı tutumuna malik stadionu var.
 

writer photo
Əlirza Əlirzalı
0