“Vilyarreal”ın müdafiəçi Premyer Liqa klubunda
17.08.2022 - 15:44
“Vilyarreal”ın futbolçusu Pervis Estupinan karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Brayton”a keçib.
Premyer Liqa klubu onunla 5 illik müqavilə imzalayıb. 24 yaşlı ekvadorlu 2027-ci ilədək “qağayılar”ın formasını geyinəcək. Onun transfer məbləği açıqlanmır.
Qeyd edək ki, Estupinan ötən mövsümün 28 matçında bir assistə imza atıb.
0
0