Vinisius Junior “Real” tarixində ilk 5-də
04.10.2023 - 11:17
Vinisius Junior “Real” tarixində ilk 5-də

Vinisius Junior Madrid “Real”ında ilk beşliyə daxil olub.

Apasport.az xəbər verir ki, paytaxt klubunun 23 yaşlı hücumçusu Çempionlar Liqasının  "Napoli" ilə səfər matçında fərqlənərək, vurduğu qolların sayını 16-ya çatdırıb.

Bununla da braziliyalı oyunçu qitənin bir nömrəli klub turnirində ən çox qol vuranlar sıralamasında həmyerlisi Roberto Karlosa çatmış olub. “Real”ın heyətində yalnız Kriştiano Ronaldo (105), Kərim Benzema (78), Raul (66) və Fernando Morientes (17) daha çox qol vurub. 

Qeyd edək ki, “Napoli” “Real” matçı qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb.

writer photo
Əlirza Əlirzalı
0