Vinisius Junioru təhqir edən azarkeşlər həbs edildi
10.06.2024 - 17:22
Vinisius Junioru təhqir edən azarkeşlər həbs edildi

La Liqa təmsilçilərindən "Valensiya"nın 3 azarkeşi "Real Madrid"də çıxış edən Vinisius Juniorun ünvanına irqçi ifadələr işlətdiklərinə görə həbs edilib.

Apasport.az xəbər verir ki, İspaniya futbolunda ilk dəfə olaraq irqçilik zəminində həbs cəzası tətbiq edilib.

Məhkəmə braziliyalı futbolçunu irqinə görə təhqir etdiyi üçün mühakimə olunan 3 azarkeşin hər birinə 8 ay həbs cəzası, 2 il stadiona giriş qadağası və məhkəmə xərclərinin ödənilməsinə qərar verib.

Məhkəmə iclasında təqsirləndirilən tərəfdarlar irqçiliyə görə La Liqa rəhbərliyindən və "Real"dan üzr istəyiblər.

writer photo
Əlirza Əlirzalı
0