Vinisius Ronaldonun nailiyyətini geridə qoydu
22.04.2024 - 12:15
Vinisius Ronaldonun nailiyyətini geridə qoydu

"Real Madrid"in hücumçusu Vinisius Junior İspaniya çempionatının 32-ci turunda "Barselona" ilə dünənki oyunda qola imza atıb.

Apasport.az xəbər verir ki, bu, hücumçunun "El-Klassiko"da yeddinci qolu olub.

Vinisius vacib komanda matçlarında braziliyalılar arasında bu göstəriciyə görə birinci olub. Junior hərəyə 6 qol vuran Ronaldo və Evanisto de Makedonu qabaqlayıb.

Xatırladaq ki, qarşılaşma “Santyaqo Bernabeu” stadionunda baş tutub və “Real”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu uğurdan sonra Madrid nəhəngi 81 xal toplayıb və ən yaxın rəqibini 11 xal qabaqlayır.
 

writer photo
Əlirza Əlirzalı
0