Qordon üçün sezon bitdi
13.03.2024 - 23:08
Qordon üçün sezon bitdi

Futbol üzrə İngiltərənin "Nyukasl" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Antoni Qordon üçün sezon erkən başa çatıb.

23 yaşlı futbolçu diz bağlarından ağır zədə alıb. Onun 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. İngilis vinger yeni mövsümün əvvəlinə kimi hazır olacaq.

Qeyd edək ki, "Nyukasl" Antoni Qordonu 2023-cü ilin yayında "Everton"dan transfer edib. Ön xətt oyunçusu "sağsağanlar"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0