La Fuente: "Xahiş edirəm, "Qızıl top"u ona verin"
15.07.2024 - 20:18
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Qızıl top”u qazanmalı olan futbolçunun adını açıqlayıb.
Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, milli komanda və “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini bu mükafata əsas namizəd hesab edib.
“Rodri “Qızıl top”u qazanmalıdır. Xahiş edirəm, bu mükafatı ona verin. O, dünyanın ən yaxşı oyunçusudur”.
Qeyd edək ki, Rodri Avro-2024-ün ən yaxşı oyunçusu seçilib. O, turnirdə 6 oyuna çıxıb, 1 qol vurub.
0
0