Demişelis baş məşqçi oldu
17.11.2022 - 17:21
Demişelis baş məşqçi oldu

“River Pleyt” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Argentina təmsilçisi Martin Demişelisi bu posta təyin edib.

Futbolçu karyerasını bitirdikdən sonra sabiq komandaları “Malaqa” və “Bavariya”da məşqçi kimi fəaliyyət göstərən 42 yaşlı mütəxəssis bundan sonra yetirməsi olduğu “River Pleyt”i çalışdıracaq. O, bu postda komandanın ən titullu baş məşqçisi Marselo Qalyardonu əvəz edib.

Qeyd edək ki, Martin Demişelis 2005-2016-cı illərdə Argentina yığmasının heyətində 51 oyunda 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0