Medina Azərbaycanı tərk edir
05.12.2023 - 13:19
Medina Azərbaycanı tərk edir

“Qarabağ”ın legioneri Kevin Medinanın uzun müddətlik sıradan çıxdığı barədə xəbər vermişdik. 

Apasport.az saytına verilən məlumata görə, kolumbiyalı müdafiəçi hazırda Bakıda olsa da, yaxın günlərdə ölkəmizi tərk edəcək.

Əldə etdiyimiz məlumata görə, Medina Almaniyada əməliyyat olunacaq. Onun yaxın günlərdə Almaniyaya uçaraq orada əməliyyat olunacağı və daha sonra bərpa prosesi keçəcəyi gözlənilir. 

Bərpa prosessini ölkəsində, yoxsa Bakıda keçəcəyi isə hələ dəqiq deyil. 

Xatırladaq ki, ötən mövsüm də uzun müddət sıradan çıxan Medina bərpa prosesini ölkəsinə yollanaraq, tanış şəxsi məşqçisinin rəhbərliyi altında keçmişdi.
 

writer photo
Əlirza Əlirzalı
0