“Roma” 20 yaşlı hücumçuya elçi düşdü
18.05.2023 - 15:20
“Roma” 20 yaşlı hücumçuya elçi düşdü

“Roma” yay transfer pəncərəsində yeni hücumçu almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Emanuel Emeqanın xidmətində maraqlıdır.

Baş məşqçi Joze Mourinyo 20 yaşlı forvardın “Şturm”dan transfer olunmasını istəyir. Emeqa Avstriya nəhəngi “Zalsburq”un da hədəfindədir.

Hücumçu cari mövsümdə “Şturm”da 35 matç keçirib. Onun hesabında 10 qol və 5 assist var.

Qeyd edək ki, Emanuelin “Şturm”la müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0