Vinisiusa qarşı irqi zorakılıq
30.10.2023 - 17:21
Vinisiusa qarşı irqi zorakılıq

La Liqa "El-Klassiko" zamanı Vinisius Juniorun irqi zorakılığa məruz qalması ilə bağlı ittihamları araşdırmağa başlayıb.

Apasport.az xəbər verir ki, XI tur çərçivəsində keçirilən mərkəzi qarşılaşmada oyunun son dəqiqələrində əvəzlənən Vinisiusa qarşı səsləndirilən irqçi ifadələr böyük əks-səda doğurub.

La Liqa bununla bağlı açıqlamaya ehtiyac duyub: “La Liqa çalışır ki, irqçiliklə məşğul olan şəxslər müəyyən edilsin. Həmişə olduğu kimi onların cəzalandırılmasına çalışırıq”.

Qeyd edək ki, “Barselona” – “Real” matçı kataloniyalıların 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0