"Vulverhempton"un hücumçusu "AYNTRAXT"DA
07.01.2024 - 19:08
"Vulverhempton"un hücumçusu "AYNTRAXT"DA

"Ayntraxt" hücumçu Saşa Kalayciçi heyətinə qatıb.

Apasport.az xəbər verir ki, "Vulverhempton"un 26 yaşlı forvardı icarə əsasında 2023/24 mövsümünün sonuna kimi Bundesliqada çıxış edəcək.

Kalayciçi 2019-2022-ci illərdə "Ştutqart"ın futbolçusu olub və 60 matçda 24 qol vurub.

Futbolçu bu mövsüm "Vulverhempton"da 13 oyun keçirib və 3 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0