Braziliyalı futbolçu Avropa nəhənglərin radarında
27.10.2022 - 16:16
Braziliyalı futbolçu Avropa nəhənglərin radarında

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimaraynş Avropa nəhənglərinin maraq dairəsindədir.

Apasport.az saytının məlumatına görə, artıq 3 klub 24 yaşlı oyunçunu heyətinə cəlb etməyi planlaşdırır.

Bunlar “Real”, “Çelsi” və “Liverpul”dur. Ancaq “sağsağanlar” aparıcı futbolçusunu satmaq istəmir. Gimaraynşa 2026-cı ilə qədər qüvvədə olan müqavilənin uzadılması təklif edilib. Braziliyalı buna razılıq versə, maaşı ikiqat artırılacaq.

Qeyd edək ki, Bruno Gimaraynş “Nyukasl”ın heyətində bütün turnirlərdə 10 oyuna çıxıb, 2 qol vurub, 2 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0