Xabi Alonso "Liverpul"a keçir?
27.01.2024 - 09:48
Xabi Alonso "Liverpul"a keçir?

Yurgen Kloppu "Liverpul"un baş məşqçisi kimi əvəzləməyə ilk namizəd klubun keçmiş oyunçularından biri, hazırda "Bayer Leverkuzen"i çalışdıran Xabi Alonsodur.

Apasport.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında "Liverpul" iddialarına cavab verib.

42 yaşlı mütəxəssis iddialarla bağlı suala cavab olaraq, İngiltərə nəhənginə getmək fikrinin olmadığını və Almaniyanın onun üçün doğru yer olduğunu bildirib: "Fərziyyələrin olması normaldır. Bütün diqqətimi Leverkuzendə cəmləmişəm. Yurgenin gedişi mənim üçün böyük sürprizdir. Onun fədakarlığına və nailiyyətlərinə böyük hörmətim var. Amma burada xoşbəxtəm. "Bayer"də olmaqdan həzz alıram və buradakı rəqabəti sevirəm. Gələcəyin nə gətirəcəyini bilmirəm. Növbəti addım haqqında düşünmürəm".

Xatırladaq ki, Xabi Alonso futbolçu karyerasını 2004-2009-cu illərdə "Liverpul"da keçirib. “Qırmızılar”ın heyətində 200-dən çox oyun keçirən Alonso Çempionlar Liqası və İngiltərə Kubokunun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0