Xavidən uğursuz nəticə
14.12.2023 - 12:39
Xavidən uğursuz nəticə

Xavi “Barselona”nın ən uğursuz məşqçiləri arasında yer alıb.

Apasport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı Çempionlar Liqasında ən çox məğlubiyyət faizinə sahib olan mütəxəssisdir.

Komanda onun rəhbərliyi altında 14 matçın altısından yenilgiylə ayrılıb. Xavinin uğursuzluq faizi isə 42,8-dir.

Qeyd edək ki, Kataloniya klubu Çempionlar Liqasında səfərdə “Antverpen”ə 2:3 hesabı ilə məğlub olub. 
 

writer photo
Əlirza Əlirzalı
0