Xavinin xahişi: “Ora keçmə”
21.07.2022 - 18:23
Xavinin xahişi: “Ora keçmə”

“Sevilya”nın müdafiəçisi Jül Kundenin karyerasını harada davam etdirəcəyi qeyri-müəyyən olaraq qalır.

Apasport.az saytının məlumatına görə, “Barselona” və “Çelsi” arasında gərgin mübarizə davam edir.

Son olaraq ingilislər Fransa millisinin üzvü üçün “Sevilya”ya 65 milyon avro təklif edib. London təmsilçisi ulduz futbolçunun özünə isə ildə 10 milyon avro maaş ödəmək niyyətindədir.

Lakin “Barselona” bu keçidə mane olmağa çalışır. Kataloniya klubunun baş məşqçisi Xavi Ernandes 24 yaşlı oyunçu ilə əlaqə saxlayaraq, “Çelsi”yə keçməməsini xahiş edib. Futbolçu özü “Barselona”nı arzulasa da, əndəlüslülər onu ən yüksək qiymət təklif edənə satacağını açıqlayıb.

Qeyd edək ki, Jül Kunde “Sevilya”ya 2019-cu ildə “Bordo”dan keçib.
 

writer photo
Əlirza Əlirzalı
0