Xorvatiyadan Dzekoya təklif var
11.07.2024 - 12:15
Xorvatiyadan Dzekoya təklif var

Xorvatiyanın “Hayduk Split” klubu bosniyalı Edin Dzekonu heyətinə qatmaq istəyir.

Apasport.az xəbər verir ki, bu barədə xorvat mediası məlumat verib. 

Dzeko “Fənərbaxça”da illik 4.2 milyon avro maaş alır. “Hayduk” isə futbolçuya 4 milyon avro və 2 illik müqavilə təklif edir.

37 yaşlı ulduz təklifi qəbul etsə, xorvat klubunun tarixinə ən bahalı transfer kimi düşəcək.

Qeyd edək ki, Dzekonun Türkiyə nəhəngi ilə müqaviləsi 1 il sonra bitəcək. 
  
 

writer photo
Əlirza Əlirzalı
0