XXI əsrdə ikinci dəfə
08.11.2022 - 10:06
XXI əsrdə ikinci dəfə

İspaniya La Liqasının XIII turunun qapanış oyununda “Real” səfərdə “Rayo Valyekano”ya 2:3 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, “kral klubu” bununla İspaniya çempionatı tarixində ikinci dəfə “Rayo Valyekano”dan 3 qol buraxıb.

“Rayo Valyekano” ilk dəfə 1977-ci ildə analoji hesabla (3:2) qalib gəlməyi bacarıb.

Eyni zamanda madridlilər XXI əsrdə ikinci dəfə “Rayo Valyekano”ya uduzub. Komandalar üçün bu, XXI əsrdə 20-ci oyun idi. “Real” 2001-ci ildən bəri ardıcıl 16 dəfə qalib gəlib və ilk məğlubiyyətini 2019-cu ilin aprelində alıb. Bundan sonra komanda daha iki dəfə qalib gəlib.

Dünən “Real” həmçinin cari mövsüm İspaniya La Liqasında ilk məğlubiyyətini alıb.

writer photo
Əlirza Əlirzalı
0